Xəzərdə balıqçı itkin düşüb

Hadisə

23.10.2019 - 14:53

Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır

 

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən, 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Nazirliyin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır.

 

Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az