Qazaxda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

21.12.2024 - 18:47

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA "REport"a istinadən xəbər verir ki, hadisə Qazax şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Qazax sakini, 1981-ci il təvəllüdlü Rövşən Eyvaz oğlu Nəbiyevi maşın vurub.

O, ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş