Bakıda 57 yaşlı qadın qonşusu tərəfindən döyülüb

Hadisə

20.09.2019 - 03:28

Zərərçəkmiş təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya gətirilib

 

Bakıda döyülmə hadisəsi baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, Mirəli Qaşqay küçəsi ev 34, mənzil 10 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Abbasova Almaz Sabir qızı qonşusu tərəfindən döyülüb. 

 

Zərərçəkmiş təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya gətirilib. Ona qarnın və baldırın küt travması diaqnozu qoyulub.

 

Müəllif: Ayna.az