Paytaxtda istifadə müddəti ötmüş məhsullar aşkarlanıb

Hadisə

23.11.2019 - 17:36

Yararlılıq müddəti ötmüş qida məhsulları satışdan çıxarılaraq məhv edilib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 Çağrı Mərkəzinə bir qrup sakinin müraciəti əsasında, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib.

 

Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunun. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

 

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

 

İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin Çağrı Mərkəzinə məlumat versinlər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə