Qarla bağlı Moskva hava limanlarında 40-dan çox reys təxirə salınıb

Dünya

17.12.2022 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Dünən gecə saatlarından Rusiya paytaxtına fasiləsiz olaraq qar yağır

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvanın hava limanlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv olunub.

AYNA-nın APA-ya istinadən məlumatına görə, güclü qar yağması səbəbindən Vnukovo hava limanında 8 reys gecikir, 10 reys ləğv olunub, Domodedovo hava limanında 12 reys gecikir, 1 reys ləğv olunub. Şeremetyevo hava limanında isə 6 reys gecikir, 6 reys ləğv olunub.

Qeyd edək ki, dünən gecə saatlarından Rusiya paytaxtına fasiləsiz olaraq qar yağır. Moskvada qarın hündürlüyü 22 santimetrə çatıb. Sinoptiklər bunun daha 10 santimetr artacağını proqnozlaşdırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş