“Qarabağda baş konsulluğun açılması məsələsi siyasi səviyyədə işlənilir”

Xəbərlər

02.10.2024 - 15:02

cedabet dərman SEO Xidməti

Aleksey Klimov: “Hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir”

Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir. AYNA-nın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov deyib.

Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir.

“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş