David Sarkisyan 20 sutka həbs edilib
Qarabağ separatçısı David Sarkisyan və daha üç nəfər İrəvanda saxlanılıb. AYNA xəbər verir ki, saxlanılanlar dələduzluqda və 4 avtomobil oğurluğunda ittiham olunurlar.
Qarabağda ləğv edilmiş separatçı rejimin “məmuru”, Xankəndinin “meri” David Sarkisyana 20 sutka həbs cəzası verilib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Sarkisyanın evində axtarış aparıblar. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.