“Qara Qu”nun qara perspektivləri

Cəmiyyət

06.07.2020 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Bir çox sahələrdə elektron icazələrin ləğv olunması ilə bu balaca işıq ucu da qapandı

 

Bu yaxınlarda Tovuzun parkında qara rəngli qu quşu gördüm və vaxtilə dostum İbrahim Nəbioğlunun haqqında çox danışdığı “Qara Qu” kitabı yadıma düşdü. COVID-19 bütün dünyada qlobal “Qara Qu” (Black Swan) sindromu yaratdı və Nassim Talebin proqnozlaşdırılmayan hadisələr haqqında nəzəriyyəsini aktual etdi.

Kurikuluma “yox” deyək? - Rafiq İsmayılov yazır

“Qara Qu”-nun xüsusiyyətlərindən biri də budur ki, o, hətta ekspertlər üçün də gözlənilməzdir və onlar çox zaman düşünülməmiş qərarlar verirlər. Elə bir vəziyyətə gəlib çıxmışıq ki, sağlamlıqla iqtisadi dayanıqlıq arasında qızıl ortanı tapmaq əsas məsələyə çevrilib.

 

Mart-aprel aylarında bir çox fərdi sahibkarlar vaxtilə ödədikləri verginin bir hissəsini bonus şəklində geri aldılar. Əla! Bir çox işsizlər hökumətdən cüzi də olsa yardım aldılar. Xub! Pandemiyadan daha çox zərər çəkmiş bəzi sahələrə də yardım edildi. Çox gözəl! Amma aydın məsələdir ki, belə şəraitdə hökumətin paternalist siyasəti (mən sizi dolandıracağam, amma siz də mən deyən kimi oturub-durmalısınız) uzun müddət davam edə bilməz. Elə sosial-iqtisadi vasitələr tapmaq lazımdır ki, iqtisadi subyektlər kütləvi sağlamlığa ziyan vurmadan ayaq üstə qala bilsinlər.

 

Məlumdur ki, bu ildən yalnız hüquqi şəxslər deyil, bir çox fərdi sahibkarlar da vergiləri keçən ilin göstəricilərinə görə ödəməlidirlər. Yəni, əgər keçən il 10 000 manat vergi ödəmisənsə, bu ilin hər rübündə minimum 2500 manat ödəməlisən. Dəxli yoxdur, bu il sənin dövriyyən olub, yoxsa yox. Amma, əzizlərim, axı bu il pandemiya ilidir. Bir çox sahibkarlar heç öz mövcudluğunu təmin edəcək dərəcədə gəlir əldə edə bilmirlər.

Görüntünün olası içeriği: yazı

Çətin vəziyyətə düşmüş kiçik biznes sahibləri tez bir zamanda elektron ticarətin, “direkt” marketinqin əhəmiyyətini başa düşdülər və tez-tələsik alış-veriş saytlarını, feysbuk və instaqram səhifələrini aktivləşdirməyə başladılar. Aprel-iyun aylarında bu aktivləşmə bir çox ticarət obyektlərinə özlərini dolandırmağa imkan verdi. Amma iki gün öncə bir çox sahələrdə elektron icazələrin ləğv olunması ilə bu balaca işıq ucu da qapandı.

 

Razıyam ki, pandemiyanı proqnozlaşdırmaq çətin idi. Bu bir “Qara Qu” idi. Amma post-pandemiyanı proqnozlaşdırmaq olar və vacibdir. Təəssüf ki, bir tərəfdən yuxarıların xaotik, ziddiyyətli qərarları, digər tərəfdən aşağıların sosial intizamsızlığı onsuz da qaranlıq görünən perspektivdə işıq ucu axtarmağa imkan vermir.

 

Rafiq İsmayılov

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş