Qara dənizdə gəmilərin hərəkəti planı Rusiyanın iştirakı olmadan razılaşdırılıb

Dünya

31.10.2022 - 17:31

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna, Türkiyə və BMT “taxıl sazişi” çərçivəsində 16 gəminin hərəkəti planı barədə razılığa gəliblər

Ukrayna, Türkiyə və BMT oktyabrın 31-də Rusiyanın iştirakı olmadan “taxıl sazişi” çərçivəsində 16 gəminin Qara dənizdə dəhliz boyunca hərəkəti planı barədə razılığa gəliblər. AYNA xarici mediaya istinadən bildirir ki, ilkin olaraq, Birgə Koordinasiya Mərkəzi 14 gəminin hərəkətinin əlaqələndirilməsini elan edib. Qərara əsasən, Ukraynadan gələn 12 gəmi və daha sonra iki gəmi dəniz humanitar dəhlizindən keçməlidir. Qeyd olunub ki, BMT nümayəndə heyəti müəyyən edilmiş prosedurlara uyğun olaraq, hərəkətlər barədə Rusiyanı məlumatlandırıb.

Qeyd edək ki, Birgə Koordinasiya Mərkəzinin işi Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri tərəfindən əlaqələndirilir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 29-da Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda Qara dəniz donanmasının gəmilərinə hücumu iddiası əsasında “taxıl sazişi”ni dayandırıldığını elan edib. Nazirlik Böyük Britaniyanı hücumda əli olmaqda ittiham edib və hadisəni terror aktı adlandırıb. Həmçinin hücuma məruz qalan gəmilərin “taxıl dəhlizi”nin təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Bundan sonra Türkiyə Milli Müdafiə Nazirliyi ərzaq məhsulları olan gəmilərin Ukrayna limanlarından çıxışının dayandırıldığını açıqlayıb. Nazirlik məlumatına əlavə edib ki, oktyabrın 30 və 31-də taxılla yüklənmiş gəmilərin İstanbula daxil olmasından əvvəl yoxlanılması davam etdiriləcək.

Rusiyanın taxıl sazişindən imtina etməsindən sonra BMT-nin baş katibi Antonio Quterreş təşəbbüsü bərpa etmək üçün aktiv təmaslar aparmağa başlayıb. Bunun üçün o, Ərəb Liqasının Əlcəzairdə keçiriləcək sammitində iştirakını təxirə salıb. Quterreş Ukraynadan ərzaq və gübrə ixracının təşviqi təşəbbüsünün tam həyata keçirilməsinə, eləcə də Rusiya mallarının ixracına maneələrin aradan qaldırılmasına ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş