DİN məlumat yayıb
Oktyabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 3 qumbara, 5 alışdırıcı, 4 tüfəng, 21 patron darağı və 444 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.