Rövşən Məmmədov vəzifəsindən azad olunub
Prezident İlham Əliyev Rövşən Raqif oğlu Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Xatırladaq ki, cari il yanvarın 15-də Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı. Sədr vəzifəsinin icrası müvəqqəti olaraq, sədr müavini təyin edilən Rövşən Məmmədova həvalə olunmuşdu.
Qeyd edək ki, R.Məmmədov bu təyinatadək AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub. O, daha əvvəllər “Lider” TV-də çalışıb.