Qabonda çevriliş: hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər

Dünya

30.08.2023 - 14:24

cedabet dərman SEO Xidməti

Hərbçilər həmçinin Qabonun sərhədlərinin "sonrakı xəbərdarlığa qədər" bağlı olduğunu bildiriblər

Qabon hərbçiləri televiziya vasitəsilə prezident seçkilərinin nəticələrinin ləğv edildiyini və dövlət qurumlarının istefaya getdiyini bəyan ediblər. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, ölkənin paytaxtı Librevildə atəş səsləri eşidilir.

“Gabon24” telekanalında 12 hərbçi “İnstitusiyaların keçid və yenidən təşkili komitəsi” adından müraciət edib. Onlar ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmadıqları üçün hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Hərbçilər həmçinin Qabonun sərhədlərinin "sonrakı xəbərdarlığa qədər" bağlı olduğunu bildiriblər.

Hərbçilərdən biri deyib: “Ölkənin məsuliyyətsiz idarə olunmasını, sosial birliyin pozulmasına gətirib çıxaran və bu, ölkəni xaosa sürükləmək riski ilə üzləşərək, mövcud rejimə son qoymaqla ölkəmizi qorumaq qərarına gəldik”.

“Reuters”in məlumatına görə, hərbçilər bəyanat verdikdən sonra Qabonun paytaxtında silah səsləri eşidilib. Kimin atəş açdığı barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 26-da Qabonda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, 2009-cu ildən prezident olan 64 yaşlı Əli Bonqo Ondimba 64,27 faiz səslə qalib gəlib və bununla da üçüncü müddətə yenidən posta yiyələnib.

Xatırladaq ki, Ondimba ailəsi 56 ildir Qabonu idarə edir. 1967-ci ildən ölkənin əvvəlki Prezidenti atası Ömər Bonqo olub.

Əli Bonqo Ondimbanın əsas rəqibi, iqtisadçı professor Albert Ondo Ossa rəsmi rəqəmlərə görə, 30,77 faiz səs toplayıb. Müxalifət yenidən seçilən prezidenti seçki saxtakarlığında ittiham edib. Səsvermənin sonunda ölkədə komendant saatı tətbiq edilib və internetə çıxış bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş