Putinin Baş Nazir postuna namizədi açıqlandı

Dünya

15.01.2020 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxılacaq

 

Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Putin Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

 

“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.

 

Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq. 

 

Qeyd edək ki, bu gün Rusiya hökuməti Baş Nazir Dmitri Medvedevin rəhbərliyi ilə istefaya gedib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş