Putin: “Yeni səfərbərlik üçün heç bir amil yoxdur”

Dünya

09.12.2022 - 20:18

Rusiya Prezidenti yenidən səfərbərlik olmayacağını bildirib

Rusiyada yeni səfərbərlik üçün heç bir amil yoxdur. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu gün belə amillər yoxdur, onlar gözə dəymir”, - Putin jurnalistin müvafiq sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, əlavə səfərbərlikdən söhbət getmir: “Lakin artıq səfərbər olanlar arasında daxili rotasiya mümkündür. Çünki onların yarısı təlim poliqonlarındadır”.

Müəllif: Ayna.az