Putin və Zelenski Parisdə görüşə bilərlər

Dünya

27.11.2019 - 21:22

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 9-da Parisdə dövlət başçılarının görüşü olacaq

 

Parisdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tuta bilər.

 

AYNA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

O bildirib ki, dekabrda Parisdə keçirilməsi nəzərdə tutulan "Normandiya formatı"nda görüş çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında ayrıca görüş ola bilər.

 

Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı "Normandiya formatı"nda dövlət başçılarının görüşü planlaşdırılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş