“Onlar düşünürdülər ki, biz səbirli olmalıyıq və Rusiyanın dağılmasına icazə verməliyik”
“SSRİ dağılandan sonra Qərb Rusiyanı məhv etmək istəyirdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində Qərbin planlarından danışarkən deyib.
“Reallıq budur ki, sonradan mən buna 100 faiz əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra onlar düşünürdülər ki, biz səbirli olmalıyıq və Rusiyanın dağılmasına icazə verməliyik”, - Putin vurğulayıb.