Putin Si Cinpinlə nələri müzakirə edəcək?

Dünya

17.10.2023 - 10:38

cedabet dərman SEO Xidməti

Zaxarova: “Putin və Si Cinpin arasında heç vaxt formal görüş olmayıb”

“Rusiya Prezidenti Vladimir Putinlə Çin rəhbəri Si Cinpin arasında görüş heç vaxt rəsmi, formal xarakterli olmayıb”. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Global Times” qəzetinə müsahibəsində bildirib.

Zaxarova sürətlə dəyişən geosiyasi vəziyyət şəraitində iki ölkə liderləri arasında görüşlərin əhəmiyyətinin artdığını vurğulayıb: “Bundan əlavə, onlar Rusiya və Çin arasında əlaqələrin keyfiyyətcə möhkəmlənməsinə töhfə verirlər”.

Zaxarova həmçinin qeyd edib ki, iki ölkə liderləri arasında istənilən təmas mövqeləri mahiyyətcə əlaqələndirmək və yeni irimiqyaslı əməkdaşlıq layihələrini təsdiqləmək üçün fürsətdir.

Qeyd edək ki, bu gün Vladimir Putin “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Pekinə iki günlük səfər edib. Putin bir sıra ikitərəfli görüşlər keçirəcək ki, onlardan biri - Çin lideri Si Cinpinlə nəzərdə tutulub. Liderlər arasında görüş oktyabrın 18-nə planlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş