Putin Rusiyadakı əcnəbilərlə bağlı təlimat verib

Dünya

27.06.2021 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədəki xarici vətəndaşlar, əmək miqrantları pullu peyvənd olunacaqlar

 

Rusiya Prezidenti Vladimir Putin əcnəbilər və əmək miqrantlarının ödənişli əsaslarla COVID-19-a qarşı peyvəndlənməsinin həyata keçirilməsini əmr edib. AYNA TASS-a istinadən xəbər verir ki, dövlət başçısı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) nəticələrindən sonra müvafiq təlimat verib.

 

Təlimatda qeyd olunur ki, 30 iyun tarixinə qədər Putin ölkədəki xaricilər üçün koronavirusa qarşı pullu peyvəndlənmə imkanının təmin edilməsi və 15 iyul tarixinə qədər əmək miqrantları üçün peyvənd kampaniyasının təşkili barədə hesabat gözləyir.

 

Xatırladaq ki, 15 iyun tarixində V.Putin miqrantların Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddətinin sanksiyalar olmadan uzadılmasını təsdiqlədi. İmzalanan sərəncama görə, heç bir qanun pozuntusu olmamaq şərti ilə əcnəbilər 30 sentyabradək ölkədən çıxarılmayacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş