Putin: “Rusiya sülhü müzakirə etməkdən geri çəkilmir”

Dünya

28.07.2023 - 16:41

“Afrikanın Ukrayna ilə bağlı sülh təşəbbüslərini yüksək qiymətləndiririk”

Rusiya Afrikanın Ukrayna ilə bağlı sülh təşəbbüslərinə hörmətlə yanaşır və onları diqqətlə nəzərdən keçirir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri Rusiya-Afrika sammitinin plenar iclasında Ukraynada münaqişənin kəskin olduğunu etiraf edib: “Ona görə də Rusiya bunu müzakirə etməkdən uzaqlaşmır, geri çəkilmir”.

“Əvvəllər istənilən vasitəçilik missiyaları yalnız inkişaf etmiş, demokratik adlanan ölkələrin inhisarında idi. İndi yox, indi Afrika da özünün əsas maraqları zonasından kənarda görünən problemlərin həllində kömək etməyə hazırdır”, - Putin bildirib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Sankt-Peterburqda Afrika sammitində Rusiya Prezidenti Vladimir Putinlə Ukraynaya dair sülh planını müzakirə etməyə hazırlaşır. Ramafosa digər Afrika ölkələrinin liderləri ilə birlikdə Moskva və Kiyevə səfərləri zamanı öz sülh planını təqdim etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş