Putin: “Rusiya “Burevestnik” raketi ilə fəxr edə bilər”

Dünya

29.10.2025 - 19:42

““Burevestnik” raketinin reaktoru dəqiqə və saniyə ərzində işə düşür”

““Burevestnik” raketinin danılmaz üstünlükləri var və Rusiya bu nailiyyətlə fəxr edə bilər”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bunu P.V. Mandrika adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında hərbçilərlə görüşündə deyib.

Putinin sözlərinə görə, “Burevestnik” raketinin nüvə reaktoru güc baxımından nüvə sualtı qayığının gücü ilə müqayisə edilə bilər, lakin min dəfə kiçikdir.

Prezident “Burevestnik” raketinin reaktorunun "dəqiqə və saniyə ərzində" işə düşdüyünü vurğulayıb.

Putin həmçinin Rusiyanın əvvəlki gün “Poseidon” sualtı qayığını sınaqdan keçirdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş