Rusiya Prezidenti Tokayevlə müzakirələr aparacaq
Rusiya Prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparmaq üçün Qazaxıstana gedəcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
"Dövlət başçıları Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik məsələlərini, inteqrasiya ittifaqları çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə etməyi planlaşdırırlar. Həmçinin aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq", - deyə məlumatda vurğulanıb.