18 yaşdan 30 yaşadək vətəndaşlar hərbi xidmətə çağırılırlar
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb. AYNA xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşdan 30 yaşadək vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar.
“2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 150 min nəfərdən ibarət hərbi xidmətə çağırışı həyata keçirilsin”, - fərmanda deyilir.