Putin nə vaxtsa Kuril adalarına səfər edəcəyinə söz verib

Dünya

11.01.2024 - 16:45

cedabet dərman SEO Xidməti

“Təəssüf ki, heç vaxt olmamışam, amma mütləq gedəcəyəm”

Rusiya Prezidenti Vladimir Putin nə vaxtsa Kuril adalarına səfər edəcəyinə söz verib. Bu barədə AYNA TASS-a istinadən bildirir.

“Biz adaların turizm klasterini inkişaf etdirməliyik. Deyirlər, ora çox maraqlıdır. Təəssüf ki, heç vaxt olmamışam, amma mütləq gedəcəyəm”, Putin vurğulayıb.

Qeyd edək ki, oktyabrın sonunda bildirilmişdi ki, yapon balıqçıları Rusiya əleyhinə sanksiyalara görə Cənubi Kuril adalarında balıq tuta bilmirlər. Qeyd olunur ki, Hokkaydodan olan balıqçılar hazırda Nemuro yarımadası ərazisində balıq tuturlar.

Rusiya hakimiyyəti dəfələrlə Kuril adaları üzərində Rusiyanın suverenliyinin mübahisəsiz olmasından danışıb. Kreml qeyd edir ki, hazırda Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqların perspektivi yoxdur.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Yaponiya dost olmayan dövlətlər düşərgəsinə fəal şəkildə qoşulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş