“Onlar bir-birinin ardınca genişlənməyə davam etdilər”
Rusiya Prezidenti Vladimir Putin Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinin vədlərinə məhəl qoymadıqlarını və Alyansı genişləndirməyə davam etdiklərini bildirib.
AYNA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin xatırladıb ki, Qərb tərəfdaşları SSRİ lideri Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməməyi vəd etmişdilər.
“Lakin buna baxmayaraq, onlar bir-birinin ardınca genişlənməyə davam etdilər. Onlar heç bir vədlərinə əhəmiyyət vermirlər", - Rusiya lideri qeyd edib.