Türkiyədə AKP üzvü, oğlu və qardaşı oğlu güllələnib

Dünya

27.07.2026 - 11:03

Batman şəhərində qəbiristanlıqda silahlı insident baş verib

Türkiyənin Batman şəhərində qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli idarə heyətinin üzvü Mehmet Direk, onun oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk həlak olub. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, hadisə Batmanın Güneykent məhəlləsində yerləşən Əsri qəbiristanlığında baş verib.

Naməlum şəxs və ya şəxslər üç nəfərə atəş açıb. Hadisədən sonra polis ərazini nəzarətə götürüb və şübhəli şəxslərin saxlanılması üçün əməliyyat başlayıb.

Hücumun səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş