Putin Mixail Popovu vəzifəsindən azad edib

Dünya

31.05.2024 - 14:25

Rusiya Prezidenti Şoyqunun Təhlükəsizlik Şurasındakı müavinini vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin Mixail Popovun Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

AYNA TASS-a istinadən xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Mixail Mixayloviç Popov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilsin", - fərmanda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş