Putin Kim Çenlə Vostoçnı kosmodromunda görüşüb

Dünya

13.09.2023 - 10:38

cedabet dərman SEO Xidməti

Dövlət başçıları kosmodroma baxış keçirəcək, bundan sonra danışıqlar aparılacaq

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 13-də Vostoçnı kosmodromuna gedib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl Putin kosmodroma səfər etməyi planlaşdırdığını açıqlamışdı. Bildirmişdi ki, Rusiya növbəsində kosmik sektora özəl investorların cəlb edilməsini inkişaf etdirməyi planlaşdırır.

Rusiya Prezidenti və Şimali Koreya lideri Kim Çen In Vostoçnı kosmodromunda görüşüblər. Bu barədə isə TASS məlumat yayıb. Liderlər arasında qısa söhbət olub.

Bildirilir ki, dövlət başçıları kosmodroma baxış keçirəcək, bundan sonra danışıqlar aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş