“Biz Sankt-Peterburqda bütün Afrika ölkələrinin liderlərini görməyə şad olarıq”
Rusiya Prezidenti Vladimir Putin iyulda Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika sammitinə bütün Afrika ölkələrinin nümayəndələrini dəvət edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz Sankt-Peterburqda bütün Afrika ölkələrinin liderlərini, eləcə də regional təşkilatların rəhbərlərini görməyə şad olarıq”, - Putin deyib.
Rusiya liderinin sözlərinə görə, hazırda sammitin və onunla birgə keçirilən iqtisadi və humanitar forumun zəngin məzmunlu gündəliyi hazırlanır.