PSJ çempion oldu

İdman

30.05.2026 - 23:37

Fransa klubu UEFA Çempionlar Liqasının qalibi olub

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn Paris təmsilçisi penaltilər seriyasında qələbə qazanaraq tarixində növbəti Avropa zəfərinə imza atıb.

Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib.

PSJ futbolçuları rəqibini 4:3 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş