Prezidentin köməkçisi “Metsamor AES-i vuracağıq” bəyanatına aydınlıq gətirib

Siyasət

21.07.2020 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan tərəfi öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”

 

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.

 

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.

 

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş