İlham Əliyev şəhərdə bir neçə obyekin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.
AYNA xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Ölkə başçısı həmçinin Sumqayıt Məhkəmə Kompleksinin, şəhərdə 20 nömrəli tam orta məktəbin binası istifadəyə verilməsi tədbirində iştirak edib.
Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Prezident təməlqoyma mərasimində iştirak edib.