Prezident Cəbrayıl rayonuna səfər edib

Aktual

04.10.2021 - 16:16

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. AYNA xəbər verir ki, dövlətimizin başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub.

Prezident Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Dövlət başçısı 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak edib.

İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub.

Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş