Ruslar və pravoslav kilsələri də erməni təhdidi altında – <font color=red> Amma rus bülbülü susur</font>

Aktual

15.10.2020 - 23:15

Həkimlər Klinikalar SEO Xidməti

Solovyov Rusiyanın nüfuzundan narahat olsaydı, anti-Rusiya davranışlarından dolayı Ermənistanı hesab verməyə çağırardı

 

Kremlin odioz təbliğatçısı Vladimir Solovyov yenidən bülbül kimi cəh-cəh vurur. Bu dəfə onun dar düşüncəsinin mövzusu, Azərbaycan Ordusunun Azərbaycanın mülki əhalisinə və yaşayış məntəqələrinə zərbə vurmaq məqsədi ilə Ermənistanda yerləşdirilən raket sistemlərinə qabaqlayıcı zərbəsi idi. Solovyov ağzı köpüklənə-köpüklənə, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə endirdiyi qabaqlayıcı zərbəni Rusiya üçün birbaşa çağırış hesab etdiyini söylədi.

 

“Həqiqətən, mən nəyi isə başa düşmürəm, KTMT nədir? Müttəfiqimiz olan Ermənistan bizim himayəmizdədir, yoxsa yox? Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərazisinə birbaşa zərbə vurur və buna qabaqlayıcı zərbə deyirlər... Yəni, onlar müttəfiqimizin ərazisindəki hədəfləri vura biləcəklərinə əmindirlər”, - deyə Solovyov “YouTube” kanalındakı “Polnıy kontakt” (Tam əlaqə) proqramında “od püskürdü”.

 

Qeyd edək ki, Rusiyanın rəsmi strukturları Azərbaycanın Ermənistan ərazisindəki raket sistemlərinə endirdiyi qabaqlayıcı zərbə barədə heç bir açıqlama vermir. Lakin bu vəziyyət Solovyovun KTMT Baş katibi və ya Rusiya Xarici İşlər naziri əvəzinə hadisəni öz görümüncə şərh etməsinə heç bir şəkildə mane olmur. Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirəndə, nədənsə Solovyov susurdu. Baxmayaraq ki, bu mənfur hərəkət nəticəsində, kiçik uşaqlar da daxil olmaqla, mülki əhali əziyyət çəkdi. Eyni zamanda, Gəncə də, məhz Ermənistan ərazisindən vurulmuşdu. Bundan sonra Azərbaycanın Ermənistandakı mülki əhali üçün təhlükə yaradan hərbi hədəflərə qarşı profilaktik zərbələr endirmək hüququnu heç kim əlindən ala bilməz.

Worker of BelAZ showed the genitals to the main Russian propagandist Vladimir  Solovyov live — Typical Russia

Solovyov unutmasın ki, Gəncədə etnik ruslar da yaşayır və orada pravoslav kilsələri də var. Beləliklə, Ermənistan Azərbaycan vətəndaşları olan rusları, eləcə də pravoslav kilsələrini təhlükəyə atır. Ancaq Solovyovu bu amil yox, daha çox Azərbaycan Silahlı Qüvvələrinin Şuşadakı kilsəyə “endirdiyi raket zərbəsi” maraqlandırdı. Baxmayaraq ki, beynəlxalq xəbər agentliklərinin əməkdaşları raket hücumundan sonra Gəncəyə gələrək, erməni vandalizmini öz gözləri ilə gördülər.

 

Ancaq Kremlin odioz təbliğatçısı dinc azərbaycanlıların ölümü və Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini və sənaye obyektlərini hədəf seçməsi ilə maraqlanmır. O, birdən-birə xatırlayır ki, sən demə, rusofob Ermənistan Rusiyanın müttəfiqi imiş. Maraqlıdır, Rusiya telekanallarındakı erməni mənşəli həmkarları Ermənistanı açıq şəkildə Azərbaycandakı sənaye obyektlərinə və yaşayış məntəqələrinə raket zərbələri endirməyə çağıranda Solovyov harada idi? Xatırladaq ki, belə çağırışla Solovyovun ürək dostu Semyon Baqdasarov çıxış etmişdi.

 

İndi Solovyov, Rusiya hakimiyyətini Azərbaycana “tutarlı cavab” verməyə çağırır, çünki “Ermənistana atılan bu raket Rusiyanın nüfuzuna ciddi zərbə imiş...”  Solovyov Rusiyanın nüfuzundan narahat olsaydı, ilk növbədə KTMT Baş katibi Yuri Xaçaturovun həbsi, İrəvanın “Cənubi Qafqaz Dəmir Yolu” QSC və Rusiyanın “Qazprom Ermənistan” QSC-yə qarşı ittihamları ilə bağlı qalmaqala görə, habelə Rusiya telekanallarının yayımına qoyulan qadağa üçün Ermənistanı hesab verməyə çağırardı. Bunun əvəzinə onun Ermənistana sevgisi qəfil alovlandı.

 

Bundan əlavə, Solovyov xarici muzdluların Azərbaycana kütləvi şəkildə gətirilməsi barədə əsassız iddiaları qabartmağa başladı. Deyir ki, Rusiya bir vaxtlar bu terrorçuları Suriyada məhv edirdi, indi eyni silahlılar Rusiya sərhədindən 80 kilometr məsafədədir.

 

“Suriyalı silahlılar” mövzusu erməni və ermənipərəst KİV-lər tərəfindən ciddi-cəhdlə istismar olunur, lakin Azərbaycan tərəfində döyüşdüyü iddia edilən muzdluların olması barədə etibarlı bir məlumat belə, yoxdur. Ancaq ermən diasporunun erməniləri Qarabağa gəlməyə və burada Azərbaycan Ordusu ilə vuruşmağa çağırdığına dair kifayət qədər məlumatlar var və bunlar heç gizlədilmir də. Rusiya Ermənilər Birliyinin rəhbəri Ara Abramyanın erməni əsilli onminlərlə Rusiya vətəndaşının Qarabağda döyüşməyə hazır olduqlarını dilə gətirməsi buna bir daha sübutdur. Amma erməni sevdalısı rus bülbülü bunları görmür və eşitmir...

Müəllif: Asif Aydınlı