Polşada ukraynalıları daşıyan avtobus aşıb, 20 nəfər xəsarət alıb

Dünya

28.01.2024 - 03:16

cedabet dərman SEO Xidməti

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub

Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.

Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.

Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş