Polşa Ukraynaya tank tədarükünə görə kompensasiya tələb edəcək

Dünya

24.01.2023 - 18:32

Polşanın Baş naziri: "Bu, xoş niyyətin növbəti sınağı olacaq”  

Varşava Ukrayna üçün “Leopard 2” tanklarının tədarükünə görə kompensasiya tələb edəcək. AYNA “Reuters”ə istinadən bildirir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.

“Biz təzminat üçün Avropa İttifaqına müraciət edəcəyik. Bu, xoş niyyətin növbəti sınağı olacaq”, - deyə siyasətçi bildirib.

Müəllif: Ayna.az