Polşa sərhədçiləri sərhəd boyu yolu hasarlardan təmizləyiblər
Polşa Belarusla sərhədini açıb və keçid məntəqələri yenidən açıldıqdan sonra onun ərazisinə nəqliyyatın hərəkətinə icazə verib. AYNA.AZ xəbər verir ki, bu barədə Belarusun BelTA xəbər agentliyinin məlumat yayıb.
Polşa sərhədçiləri daha əvvəl sərhəd boyu yolu hasarlardan təmizləyiblər.
Polşa Sərhəd Mühafizəsi sentyabrın 12-nə keçən gecə Belarus-Polşa sərhədindəki keçid məntəqələrini bağlayıb. Onlar həmçinin beton maneələrdən, tank əleyhinə maneələrdən, tikanlı məftillərdən və metal qalxanlardan istifadə edərək hasar çəkiblər. On minlərlə hərbçi də sərhədə yerləşdirilib.
Varşava bu addımları sentyabrın 12-dən 16-dək keçirilən Rusiya-Belarus birgə “Qərb-2025” təlimlərinə istinad etməklə izah edib. Təlimlərin bəyan edilmiş məqsədi İttifaq dövlətinin müdafiə qabiliyyətini sınaqdan keçirmək olub.