Minski Polşa-Belarus sərhədində təxribatlara və miqrasiya təzyiqinin təşkilinə son qoymağa çağırıb
Varşava Minskdən polşalı sərhədçini bıçaqlayan qeyri-qanuni miqrantın ekstradisiyasını tələb edib. AYNA xəbər verir ki, bu tələbi Polşa Xarici İşlər Nazirliyi (XİN) Belarusun müvəqqəti işlər vəkili Aleksey Ponkratenkoya səsləndirib.
Nazirlikdən bildirilibh ki, Ponkratenko hərbçinin ölümündən sonra XİN-ə çağırılıb. Ona mayın sonunda Polşa-Belarus sərhədində baş vermiş insidentlə bağlı etiraz edilib.
Varşava həmçinin Minski Polşa-Belarus sərhədində təxribatlara və miqrasiya təzyiqinin təşkilinə son qoymağa çağırıb.
Qeyd edək ki, mayın 28-də Dubiçe-Tserkevne kəndi yaxınlığında polşalı əsgərlərə daş, nizə və sınmış şüşə ilə silahlanmış bir qrup şəxs hücum edib. Polşa Sərhəd Mühafizəsi bildirib ki, 50-yə yaxın miqrant sərhədi qeyri-qanuni keçməyə cəhd edib və onların buna mane olmaq istəyərkən əsgərlərə daşlar atılıb.