Polşa Avropanın raketdən müdafiə sistemi layihəsinə qoşulacaq

Dünya

16.04.2024 - 11:58

“Mən şadam ki, xanım Baş nazir bu layihəyə qoşulmaq niyyətimə müsbət cavab verdi”

Polşa “Sky Shield” ümumavropa raketdən müdafiə sisteminin yaradılması üzrə NATO layihəsinə qoşulmağı planlaşdırır.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Donald Tusk danimarkalı həmkarı Mette Frederiksenlə danışıqlardan sonra məlumat verib.

“Mən şadam ki, xanım Baş nazir Polşanın Avropa səmasını potensial raket hücumlarından qoruyacaq günbəz yaratmaq üçün bu layihəyə qoşulmaq niyyətimə müsbət cavab verdi”, - deyə Baş nazir vurğulayıb.

Müəllif: Ayna.az