“Politico”: Aİ Britaniya, Fransa və Almaniyanın Ukrayna “sülh planı”nı dəstəkləmir

Dünya

24.11.2025 - 14:15

Avropa İttigaqı 28 maddəlik planı "artıq köhnəlmiş" olduğu üçün rədd edib

Avropa İttifaqı (Aİ) Böyük Britaniya, Fransa və Almaniyanın Ukrayna münaqişəsi üçün irəli sürdüyü “sülh planı”nı dəstəkləmir. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” jurnalı Avropa hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Aİ 28 maddəlik planı "artıq köhnəlmiş" olduğu üçün rədd edib.

Bundan əvvəl Bundestaq üzvü Armin Laşet AB-nin ABŞ Prezidenti Donald Trampın ukraynalı tərəfdaşlarına arxa çevirməsinin qarşısını almaq vəzifəsi ilə üzləşdiyini bildirmişdi. O belə bir ehtimalın tamamilə real olduğunu və buna görə də Avropanın "Ukrayna üçün irəliləyişlərə nail olmaq üçün mümkün olan hər şeyi etməli" olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş