Pirallahıda qəza: piyada ölüb

Hadisə

21.04.2026 - 11:03

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb

Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Piyada həyatını itirib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş