Ərəb turist bulvarda öldü

Hadisə

15.08.2019 - 00:49

 Ölən şəxs 50-55 yaş aralığındadır

 

Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib. AYNA bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "qafqazinfo"ya verdiyi məlumata görə, ərəb turist "Kukla" teatrının yaxınlığında ürək tutmasından ölüb.

 

"Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır", - deyə, o, bildirib.

 

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

Müəllif: Ayna.az