“İran qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək”
“İran qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək. ABŞ ilə dialoq isə təslim olmaq demək deyil”. AYNA.AZ bildirir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian “X” sosial media hesabında yazıb.
"Dialoq təslim olmaq demək deyil. İran İslam Respublikası heç vaxt öz xalqının və ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik", - deyə bildirib.