Peyvənd vurdura bilməyən şəxslər üçün xüsusi sertifikat hazırlanacaq

Cəmiyyət

26.07.2021 - 15:51

Şahmar Mövsümov Operativ Qərargahın brifinqində vaksinasiya prosesindən danışıb

 

"Koronavirus əleyhinə peyvənd vurdurulması üçün əks göstərişləri olan insanlar üçün xüsusi sertifikatın hazırlanması nəzərdə tutulur".

 

AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq və həmin şəxslər yoxlanılacaq: “Əgər həqiqətən də həmin şəxslərə peyvənd vurulması tövsiyə edilməzsə, o zaman onlara əks göstəriş sertifikatı veriləcək. Həmin sertifikatda da COVID-19 pasportundakı kimi QR kod olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş