Peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət

13.10.2021 - 21:38

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş