Petro Trampla söhbətindən sonra simvolik foto paylaşıb

Dünya

08.01.2026 - 18:26

Şəkildə yaquar və qartal yan-yana görünür

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra “Facebook”da ölkəsinin və ABŞ-ın milli simvollarının əks olunduğu şəkil paylaşıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, şəkildə yaquar və qartal yan-yana görünür.

Şəklin altında Petro Trampla söhbətinin təfərrüatlarını açıqlayıb. O Ağ Evin ABŞ-ın Latın Amerikası ilə münasibətlərinə dair vizyonu ilə bağlı yaranan fikir ayrılığını müzakirə etdiklərini söyləyib.

Paylaşımında Kolumbiya Prezidenti amerikalı həmkarını sülhə və qlobal demokratiyaya çağırıb. O Latın Amerikasından neft üçün istifadə etməyin yalnız beynəlxalq hüququn məhvinə, barbarlığa və üçüncü dünya müharibəsinə səbəb olacağını vurğulayıb.

Tramp bir gün əvvəl Kolumbiya Prezidenti ilə danışdığını və "narkotik vəziyyəti"ni müzakirə etdiyini təsdiqləyib. Amerika lideri Petronun ölkələr arasındakı fikir ayrılıqlarını müzakirə etmək üçün şəxsən ona zəng etdiyini bildirib.

Tramp Kolumbiya liderinin zəngini və söhbətin tonunu yüksək qiymətləndirdiyini vurğulayıb. Siyasətçi qeyd edib ki, "yaxın gələcəkdə" Petro ilə görüşməyi səbirsizliklə gözləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş