Peskov: “Moskva ilə Ankara arasında münasibətlər çox genişdir”

Dünya

27.12.2020 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

“İki ölkənin liderləri arasındakı münasibət vəziyyətdən ahəngdarlıqla çıxmağı mümkün edir”

 

“Rusiya və Türkiyə bölgədə müharibə olmaması üçün əlindən gələni edə bilər və etməlidir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov qeyd edib ki, bölgə üçün bu iki dövlət önəmlidir: “Rusiya və Türkiyə bölgəmizdəki təhlükəsizliyə və sabitliyə əhəmiyyətli təsir edən, edə biləcək və etməsi lazım olan ən böyük ölkələrdir. Müharibə olmaması üçün hər şeyi bu iki dövlət edə bilər”.

 

“Moskva ilə Ankara arasında ikitərəfli münasibətlər çox genişdir. İki ölkənin liderləri arasındakı münasibət, hətta fikir ayrılıqları və maraqlar toqquşması vəziyyəti olsa belə, vəziyyətdən ahəngdarlıqla çıxmağı mümkün edir”, - deyə Rusiya Prezidentinin mətbuat katibi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş