Kreml sözçüsü Lin Treysinin Rusiya liderinə mesaj çatdırıb-çatdırmadığı barədə sualı cavablayıb
ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya lideri Vladimir Putinə mesaj çatdırmayıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov amerikalı diplomatın aprelin 5-də Kremldə etimadnaməsini Putinə təqdim edərkən ona hər hansı mesaj verib-verməməsi ilə bağlı sualı cavablandırarkən "xeyr" deyib.
Qeyd edək ki, Putin ABŞ səfirinin etimadnaməsini qəbul edərkən deyib ki, Moskva xarici tərəfdaşların münasibətlərdə bərabərlik prinsiplərinə əməl edəcəklərini gözləyir.