“Rusiya ilə ödəniş problemi səbəbindən Türkiyə xarici valyuta qıtlığı yaşaya bilər”
“Rusiya ilə ödəniş problemi səbəbindən Türkiyə xarici valyuta qıtlığı yaşaya bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib.
“Rusiya ilə ticarətə sanksiyaların tətbiqi ərzaq məhsulları istisna olmaqla, ixracımıza və Türkiyə iqtisadiyyatına ciddi ziyan vurur”, - deyə Perinçək bildirib.
Siyasətçi maşınqayırma sahəsində ikitərəfli ixracın həcminin 2,5 milyard dollara çatdığını vurğulayıb.
Daha əvvəl “Aydınlık” qəzeti Türkiyə sənayeçilərinin Rusiyadan Türkiyəyə ödəniş köçürmələri probleminə görə çətin vəziyyətə düşdüyünü yazıb.