Pentaqonun rəhbəri Rusiya müdafiə naziri ilə telefon danışığı aparıb

Dünya

26.06.2024 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Ostin Moskva ilə Vaşinqton arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini vurğulayıb

ABŞ Müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Andrey Belousov ilə telefon danışığı aparıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü, general-mayor Patrik Rayder brifinqdə bildirib.

Onun sözlərinə görə, Amerika tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ostin Ukraynada davam edən müharibə fonunda Moskva ilə Vaşinqton arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini vurğulayıb.

Rayder xatırladıb ki, ABŞ və Rusiya arasında müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində sonuncu təmas 2023-cü ilin martında Qara dəniz səmasında Amerika pilotsuz uçan aparatı və rus qırıcısının iştirakı ilə baş vermiş insidentdən sonra baş verib. O, bu dəfə söhbətin səbəbinin nə olduğunu açıqlamayıb.

Rusiya tərəfi hələ Ostin və Belousov arasında aparılan danışıqlara münasibət bildirməyib.

Ötən ilin yazında həmin vaxt Rusiya müdafiə naziri vəzifəsini tutan Sergey Şoyqu ilə Lloyd Ostin arasında Rusiyanın Su-27 təyyarəsi ilə toqquşduqdan sonra Qara dənizə düşən Amerika pilotsuz uçan aparatı ilə bağlı insidentlə bağlı telefon danışığı olub. Pentaqon daha sonra Qara dəniz üzərindəki beynəlxalq hava məkanında rus hərbi pilotlarının “qeyri-peşəkar, təhlükəli və ehtiyatsız davranışı” elan edib. Rusiya Müdafiə Nazirliyi öz növbəsində bildirib ki, Amerika PUA-larının işğal olunmuş Krım sahilləri yaxınlığında uçuşları “təxribat xarakterlidir” və “Qara dəniz zonasında vəziyyətin gərginləşməsi üçün ilkin şərtlər” yaradır.

İyunun 25-də ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib ki, Rusiya kosmosda vəziyyəti gərginləşdirir və bir neçə illik sınaqlardan sonra Amerika kosmik gəmiləri üçün təhlükə yarada biləcək peyki orbitə çıxarıb. Uaytinq vurğulayıb ki, Birləşmiş Ştatlar Moskva tərəfindən bu cür hərəkətlərə ciddi yanaşır və öz kosmik gəmisinə potensial hücumlara cavab tədbirləri üzərində işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş