5000 dəniz piyadası və bir neçə min paraşütçüdən əlavə, piyada və zirehli texnika da daxil ola bilər
ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarda irəliləyiş barədə açıqlamaları fonunda Pentaqon Yaxın Şərqə təxminən 10 min əsgər göndərməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, bölgədəki ABŞ qoşunlarının gücləndirilməsi üçün artıq yerləşdirilən 5000 dəniz piyadası və bir neçə min paraşütçüdən əlavə, piyada və zirehli texnika da daxil ola bilər.